Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının nümayəndə heyəti Belçikanın Brüssel şəhərində 16-19 iyun tarixində özündə 40-dan çox Avropa ölkələrinin Pasient Təşkilatlarını birləşdirən Avropa Hemofiliya Konsorsiumunun Beynəlxalq Liderlər Konfransında iştirak etdi.

Konfransda qanın laxtalanma pozğunluğu ilə olan xəstəliklərin müalicəsində elmin son nailiyyətləri haqda dünya şöhrətli alimlər tərəfindən ətraflı məlumat verildi.

Beləliklə Hemofiliya A və Hemofiliya B xəstəliklərin müalicəsində yeni uzun müddətli qanın laxtalandırıcı faktor preparatları ilə müalicənin tətbiqi, gen terapiyası və ən əsası həkim və pasient münasibətlərinin vacibliyi bildirildi.

Keyfiyyətli müalicənin tətbiq edilməsi üçün həkimin pasientə doğmalıqla yanaşması və pasientin özü ilə müalicənin gedişatında məsləhət edilməsinin mütləqliyi vurğulandı. Yeni dünyada pasient təşkilatlarının səhiyyə qurumları ilə sıx əməkdaşlığının vacibliyi xüsusən bildirildi.

Bundan başqa laxtalanma pozğunluğundan əziyyət çəkən qadınların müalicəsinin və psixoloji durumlarının diqqət mərkəzində saxlanılması haqda geniş sessiyalar keçirildi.

 

#Səhiyyə #Sağlamlıq #Pasient #Hematologiya #Koaqulopatiya #EHC #LiderlərKonfransı #Hemofiliya #HemophiliaAzerbaijan