HEMOFİLİYA VƏ DİGƏR QAN XƏSTƏLİKLƏRİNDƏN ƏZİYYƏT ÇƏKƏN PASİENTLƏRİN STOMATOLOJİ MÜALİCƏSİ ÜÇÜN MİLLİ HEMATOLOGİYA VƏ TRANSFUZİOLOGİYA MƏRKƏZİ MÜASİR AVADANLIQLA TƏCHİZ OLUNMUŞDUR.
28 aprel 2022 il tarixdə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində keyfiyyətli stomatoloji xidmət üçün müasir avadanlıqla təchiz edilmiş kabinetin açılış mərasimi keçirilmişdir.
Tədbirdə TƏBİB-in tibbi fəaliyyətin təşkili departamentinin Multidisiplinar Tibbi xidmətin təşkili şöbəsinin əməkdaşı Ceyran Abdullayeva, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin direktoru Valeh Hüseynov, həkim stomatoloq Abbas Abdullayev, Hemofiliyalı Xəstələrin Republika Assosiasiyasının sədri Ayaz Hüseynov, sədr müavini Yeganə Tağıyeva, icraçı direktor Gülnarə Hüseynova və pasientlər iştirak etmişlər.
Valeh Hüseynov çıxışında demişdir: Novo Nordisk Hemofiliya Fonduna və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasına təşəkkürümü bildirmək istəyirəm ki, xəstələrə göstərilən müasir səviyyədə bu stomatoloji xidmət bir örnəkdir. Düşünürəm ki, bu gün müzakirə etdiyimiz problemlərdə zamanla öz əksini tapacaq və faktor preparatları ilə təminat Mərkəzdə, bölgələrdə, rayonlarımızda ən yaxşı səviyyədə olacaq. Laborator diaqnostokada ən yaxşı səviyyədə olacaq. Sadəcə buna doğru getmək lazımdır və düşünürəm ki , uğur olacaq. Xeyirli uğurlu olsun.
Qeyd edək ki, hal hazırda Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası 3 illik (2022-2024 illər) Partnyor Proqramı həyata keçirir.
#Səhiyyə #Sağlamlıq #Pasient #Hematologiya #MilliHematologiya #Hemofiliya #Hemophilia #HemofiliyaAzərbaycan #TƏBİB #HemofiliyalıXəstələrinRespublikaAssosiasiyası
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Milli Hematologiya və Transfuziologiya Mərkəzini müassir stomatoloji avadanlıqlarla təchiz etdi

HEMOFİLİYA VƏ DİGƏR QAN XƏSTƏLİKLƏRİNDƏN ƏZİYYƏT ÇƏKƏN PASİENTLƏRİN STOMATOLOJİ MÜALİCƏSİ ÜÇÜN MİLLİ HEMATOLOGİYA VƏ TRANSFUZİOLOGİYA MƏRKƏZİ MÜASİR AVADANLIQLA TƏCHİZ OLUNMUŞDUR.
Alt şəkillər
Oxşar məqalələr
241 baxış
Buxarestdə qanın laxtalanma pozuntularının müalicəsində yeni texnologiyalara həsr olunmuş beynəlxalq elmi konfrans keçirildi
31 oktyabr - 01 noyabr 2026-cı il tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində Avropa Hemofiliya Konsorsiumunun…
1396 baxış
Tibb bacısı işinin təşkili adlı layihənin yekun konfransı keçirildi
Ayaz Huseynov, HHPA TABIB hemofiliya səhiyyə
1262 baxış
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı layihənin yekun konfransı keçiriləcək
23 sentyabr 2026-cı il tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və TƏBİB-in dəstəyi, Hemofiliya…
2541 baxış
Hemofiliyanın müasir müalicəsinə dair regionlarda elmi-praktik seminarlar keçirilib
“Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı layihə…




